“Bu, iş görmək deyil, işin şəklini çəkməkdir…”-ALQIŞ HƏSƏNOĞLUDAN BƏZİ DEPUTATLARA SƏRT İRAD

Son günlər belə xahişlərlə üzləşirəm:Müəllim (deputatın köməkçisi danışır) istəyir ki, yazısı “Yeni Azərbaycan” qəzetində getsin.Getsin deyirik, nə problem ola bilər ki?Yazı çap olunur, maraqlanırıq.Müəllim qəzeti alıb? “Yox”, deyirlər.Sayta baxmısız? “Yox”, deyirlər.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu (Musayev) öz Facebook statusunda yazıb

“Sonra növbəti xahiş səslənir.Yazının linkini bizə ata bilərsiniz?Bu, dövlətə, Prezidentə xidmət etmək deyil. Sadəcə, göstəridir. Bu, iş görmək deyil, işin şəklini çəkməkdir.İşin şəklini çəkmək isə birbaşa dövlətin, Prezidentin deyil, şər maşınının işinə yarayır”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Sabiq vitse-spiker-VİTSE-PREZİDENT OLDU…

Read Next

Daha 3361 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir