“Bu, jurnalistika fakültəsinin lazımsız olması anlamına gəlmir…” – VÜSALƏ MAHİRQIZI

“Mən jurnalistika fakültəsini bitirməmişəm. Yaxşı jurnalist olmaq üçün bu fakültəni bitirməyin vacibliyi ilə bağlı fikirlərə də qatılmıram. Jurnalistika istedad və bacarıq məsələsidi”.

Etikxeber.az xəbər verir ki, “APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı deyib.

V. Mahirqızının sözlərinə görə, xəbərin iyini hiss etməyən, xəbər duyumu, çevikliyi olmayan adam 100 fakültə qurtarsa da, uğurlu jurnalist ola bilməz.

O, deyib ki, amma bu heç bir halda jurnalistika fakültəsinin lazımsız olması anlamına gəlmir.

Onun dediyinə görə, bu fakültə lazımdı, labüddü.

“Hələ imkanları, tədris sahəsi, mövzuları genişlənməlidir, daxilində laboratoriyalar yaradılmalıdır, yeni çağrışlara cavab verməlidir. Hələ redaksiyalarda jurnalistika fakültəsini bitirməyib jurnalist olanlar üçün 3 və 6 aylıq kurslar da təşkil eləməlidir”-deyə, V. Mahirqızı sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Türkiyədə hazırlığını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşuldu – FOTO

Read Next

“Qarabağ”-“Samtredia” oyunu bitdi: 1-0- FOTO- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir