“Bu kəndlərin işğal altında olması gələcəkdə ermənilərə impuls verə bilər…”-VAHİD ƏHMƏDOVDAN NARAHATLIQ VƏ XƏBƏRDARLIQ

Millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında bir neçə vacib məqama toxunub.

Etikxeber.az xəbər verir ki, deputat Şuşa şəhəri haqqında hazırlanmış qanun layihəsinin çox vacib və aktual olduğunu qeyd edib:

“Qanun layihəsinin hazırlanması təkcə Şuşa yox, bütün Qarabağ üçün beynəlxalq əhəmiyyətli məsələdir. Qanun layihəsi qəbul olunandan sonra ermənilər Şuşa şəhəri haqqında xulyalardan əl çəkəcəklər”.

V. Əhmədov Şuşanın tarixinə də qısa nəzər salıb:

“1939-cu ildə Şuşa rayonu yaradılıb. Şuşaya 37 kənd daxil edilib. Kəndlərin siyahısına baxanda çoxunun siyasi əhəmiyyət kəsb etdiyini görmək olar. Vaxtilə o kəndlərdə yaşayançlar 96% azərbaycanlı, 4% erməni olub. Həmin kəndlərdə hazırda ermənilər və sülhməramlılar fəaliyyət göstərir. Bu kəndlərin işğal altında olması gələcəkdə ermənilərə impuls verə bilər. Ciddi problemlər yarada bilər. Şuşa şəhəri Şuşa rayonuna daxildir. Onun idarəetmə məsələsi qanunda öz əksini tapsa, yaxsı olar. Bu, subyektiv fikrimdir. Həmkarlarim və hüquqşünaslar bu haqda fikirləşsinlər”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır…”-PUTİN ƏLİYEVİ TƏBRİK ETDİ

Read Next

Ermənistanın Kəlbəcərdə təxribatının detalları-AÇIQLANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir