Bu klub da baş məşqçisini istefaya göndərdi…

İngiltərənin “Lester Siti” klubunun baş məşqçisi Klod Püel istefaya göndərilib.

Etikxeber.az klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, 57 yaşlı fransalı mütəxəssis İngiltərə Premyer Liqasının 27-ci turunda “Kristan Pelas” klubu ilə 4:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

K.Püel 2017-ci ilin oktyabr ayından “Lester Siti”nin baş məşqçisi kimi çalışırdı. Fransalı məşqçi bunadək “Monako”, “Lion”, “Nitsa”, “Sauthempton” kimi komandalarda baş məşqçi vəzifəsində çalışıb.

“Lester Siti” hazırda turnir cədvəlində 32 xal ilə 12-ci yerdədir. Turnirə 66 xalla “Liverpul” klubu liderlik edir.

Etikxeber.az

Read Previous

Bu futbolçu ilə Avropanın 4 klubu maraqlanır

Read Next

“Mançester Siti” 6-cı dəfə ölkə kubokunu qazandı və ya final qarşılaşmasında yaşanan gərgin anlar – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir