Bu klubda yeni baş məşqçisi məlum oldu – FOTO

Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisinin adı məlum olub.

Etikxeber.az klubun rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, komanda rəhbərliyi “Kardemir Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudor ilə razılığa gəlib. “Qalatasaray”ın İqor Tudor ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Xorvatiyalı mütəxəssis 1978-ci il aprelin 16-da Split şəhərində doğulub. Hazırda Türkiyə Super Liqasında mübarizə aparan “Kardemir Karabükspor” komandasının baş məşqçisidir.

O, 1995-ci ildə “Hayduk”da (Split) müdafiəçi mövqeyində oynamağa başlayıb, 58 matçda 5 qol vurub. 1998-ci ildə “Yuventus”un diqqətini çəkib və bu komandaya transfer edilib. 2004-cü ildə “Siena”ya icarəyə verilib. 2006-cı ildə yenidən “Yuventus”a transfer olub. 1997-ci ildə ilk dəfə Xorvatiya milli komandasına cəlb olunub. “Yuventus” yenidən “Serie A”ya yüksələndə “Hayduk” komandasına yollanıb və orada karyerasını başa çatdırıb. 2013-cü ildən 2016-cı ilədək “Hayduk”un baş məşqçisi olan İ.Tudor 2016/2017-ci il mövsümünün əvvəlində “Kardemir Karabükspor” ilə müqavilə imzalayıb.

Xatırladaq ki, “Qalatasaray”ın Super Liqanın son turunda öz meydanında “Kayserispor”a uduzmasından sonra klub rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinkin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Etikxeber.az

Read Previous

Anna Netrebko və Yusif Eyvazov Los-Ancelesdə konsert proqramı ilə çıxış edəcək

Read Next

“Boeing 737 MAX-9” təyyarəsinin ilk sınaq uçuşu apreldə olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir