Bu liseydə deputatın diqqətini nə cəlb etdi, nə xoşuna gəldi?

Hədəf STEM Liseyi Azərbaycan təhsil sistemində bir ilkdir, ən uğurlu layihələdən biridir.

Kreativlik, innovativliklə yanaşı real həyat həqiqətlərinin öyrədilməsi, modelləşdirilməsi, şagird məktəb münasibətlərinin mehriban bir ailə, bir sistem kimi düşünülməsi bəyəniləndir.

Dərslərin ənənəvi müəlim- tapşırıq- şagird – cavab üsulu ilə deyil, problemin qoyuluşu və köməkli həll edilməsi modelində keçilməsi şagirdlərin özgüvənini artırır, bilik və təcrübənin bölüşməsi komanda təəssübünü inkişaf etdirir.

Bu Lisey daha layiqli vətəndaş hazırlamaq vəzifəsini qarşıya qoyub və fikrimcə fəaliyyətə başladığı ilk ildə məqsədinə çatıb.

Mən bir neçə dəfə bu məktəbdə olmuş, şagird və müəllimlərlə görüşmüşəm.

Məktəbdə hər şey xoşuma gəlib.

Ən çox bəyəndiyim isə türk soy- kökümüzə bağlılıq, dünyaya bu nəzər nöqtəsindən baxış istəyidir. Məktəbin çox gənc, savadlı və iddialı kollektivi var.

İnanıram ki, Liseyin qurucu- direktoru Şəmil Sadıq və onun komandası Azərbaycan təhsilinə daha böyük tövfhələr vermək niyyətindədir və yaxın gələcəkdə onların daha böyük uğurlarına şahid olacağıq.

Hədəf Liseyi qısa vaxtda milli təhsil brendimiz kimi dünyada şöhrət tapacaq.

Musa Urud

Millət vəkili, şair

Etikxeber.az

Read Previous

Prezident bir neçə hakimlə bağlı Sərəncam imzaladı

Read Next

“Dünyanın, Avropanın qəlbi yenidən Bakımızla döyünəcək” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir