“Bu məktəblər güclü olmalıdır ki…” – AMAŞOV

Mətbuat Şurasının sədri: Çap məhsulları üzərindən ƏDV götürülsün

Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsulları üzərindən Əlavə Dəyər Vergisinin (ƏDV) götürülməsi yaxşı olardı. Bu, büdcə üçün elə də böyük rəqəm deyil.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM)  plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Ə. Amaşov qeyd edib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq.

amasov-metbuat-aflatun

O, həmçinin, təhsil sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib.

“Bu vəsait Azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Vahid Əhmədov qiymətlərin bahalaşmasından danışdı və…

Read Next

Azay Quliyev QHT-lərə ayrılan vəsaitin azlığından gileyləndi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir