“Bu, mənə göstərilən böyük etimaddır və…”-YAP İDARƏ HEYƏTİNİN YENİ ÜZVÜ AZƏR BADAMOV

Partiyamızın növbəti qurultayında İdarə Heyətinə üzv seçilməyimə görə, YAP-ın rəhbərliyinə, qurultay iştirakçılarına öz dərin minnətdarlığımı bildirirəm. Bu, mənə göstərilən böyük etimaddır və bu etimadı da öz fəaliyyətimlə doğrultmağa çalışacağam.

Bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Azər Badamov deyib.

O, qeyd edib ki, cəmi bir neçə saat öncə YAP-ın qurultayı çox işgüzar və gözəl şəkildə keçirilərək, başa çatıb.

“Qurultayımız ölkə Prezidentinin iştirakı ilə keçirildi. Çünki ölkə Prezidenti həm də partiyamızın sədridir. O, qurultayda videoformatda çox geniş, əhatəli və məzmunlu şəkildə çıxış etdi. Həm ötən dövrdə keçilən yola toxundu, həm də qarşıdakı vəzifələr, hədəflər, perspektivlərlə bağlı fikirlərini səsləndirdi. Çıxışında həm də yeni çağırışlar, yeni tələblər vardı. Bildiyiniz kimi, ölkəmizdə illərdir ki, hər bir sahədə genişmiqyaslı islahatlar prosesi aparılır.

Yeni Azərbaycan Partiyası da təbii ki, ölkənin ən güclü, bir saylı partiyası kimi, bu proseslərdə yaxından iştirak edir. Amma bununla belə, qarşıya qoyulan növbəti hədəflərə çatılmasında, yeni çağırışlara cavab verilməsində YAP daha da fəal rol almalı, ən əsası, ölkə Prezidentinin çağırışları ilə ayaqlaşmalıdır. Elə hesab edirəm ki, YAP yeni çağırışlara da zamanında cavab verəcək, qarşısına qoyulan bütün hədəflərə də çatacaq”-deyə, A. Badamov sözlərinə əlavə edib.

Qeyd edək ki, YAP-ın 20 nəfərlik İdarə Heyəti genişləndirilərək, tərkibi 40 nəfərə çatdırılıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ramiz Mehdiyevin, Hacıbala Abutalıbovun, Əli Həsənovların, Əli Abbasovun, Hüseynqulu Bağırovun, Siyavuş Novruzovun, Akif Əlizadənin, Seymur Orucovun…YAP rəhbərliyindəki son günü…-YAP-IN QURULTAYINDA NƏLƏR YAŞANACAQ? – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Daha 365 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir