“Bu, mənim borcumdur söyləyən…” – NAQİF HƏMZƏYEV YAZIR

Yüksək humanizm, xeyirxahlıq və nəciblik kimi ali mənəvi keyfiyyətləri, bənzərsiz ictimai fəaliyyəti ilə xalqın qəlbində taxt quran Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ona həvalə edilən məsuliyyətli missiyanın öhdəsindən böyük əzmkarlıqla, layiqincə gəlir.

Ölkəmizin yeni və ciddi islahatlar dövrünə qədəm qoyduğu bir vaxtda Prezident İlham Əliyevin 2017-ci il fevralın 21-də imzaladığı sərəncam ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.

Bütün sahələrdə müdriklik, fədakarlıq nümayiş etdirən Mehriban xanım Əliyeva ölkə Prezidenti İlham Əliyevin sosial siyasət kursunun uğurla reallaşmasında ən böyük silahdaşı oldu.

Mehriban xanım Əliyeva vitse-prezident kimi fəaliyyətini düzgünlük, ədalət, humanizm, şəfqət, yaxşılıq etmək və kömək göstərmək kimi bəşəri dəyərlərin üzərində qurdu. İlk addımlar sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli istiqamətində oldu.

Qaçqın və Məcburi Köçkünlərin mənzil – məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atılan ardıcıl addımlar sayəsində minlərlə ailə yeni mənzilinə qovuşdu, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzi təmin olundu. Mehriban Əliyeva mütəmadi olaraq məktəblərə, bağçalara, uşaq evlərinə, yataqxanalara baş çəkməsi xeyirxahlıq missiyanın əyani təsdiqidir.

Bu il aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakı şəhərində, Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərlə görüşündə söylədiyi fikirlərdən də aydın olur ki, ölkə rəhbərliyi hər zaman sosial problemlərlə baş-başa qalan məcburi köçkünlərin yanındadır, onların qayğılarını çəkməkdə, problemlərinin həllinə dəstək olmaqdadır:

Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə bir il ərzində 6 min mənzil təhvil veriləcək. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur.

forum-mehri-2

sefir-mehri-1

Bu, mənim borcumdur söyləyən Birinci vitse-prezident həm də valideyn himayəsindən məhrum olan uşaqların mənəvi anasıdır. Mehriban xanım Əliyeva hər zaman valideyn himayəsindən məhrum uşaqların taleyi ilə maraqlanır, onlara baş çəkir, bir ana kimi tövsiyələrini verir,Onların hərtərəfli inkişafı, keyfiyyətli təhsili, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.

Mehriban xanım Əliyeva bu gün elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafında atdığı addımlarla, ölkənin quruculuq proseslərindəki iştirakı və hərtərəfli fəaliyyəti ilə seçilir.Özünəməxsus xüsusiyyətləri ilə seçilən Mehriban xanım Əliyeva ölkəmizin beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığının daha da möhkəmlənməsinə də layiqli töhfəsini verib.

Mehriban xanım Əliyeva “Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma ən böyük sərvətimiz Azərbaycan xalqıdır” deyərək, vətəndaşa həssas münasibəti, insanlara qayğını və təmənnasız xidməti özünə həyat amalı seçib.

Xalqın Mehriban xanım Əliyevaya olan böyük sevgisi də məhz Mehriban xanım Əliyevanın xeyirxah əməllərindən qaynaqlanıb!

Naqif HƏMZƏYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Tottenhem” Erikseni 61 milyon avroya satır?!

Read Next

Şadlıq sarayı yandı: 300-DƏN ARTIQ TOY İŞTİRAKÇISI TƏXLİYƏ OLUNDU – SUMQAYITDA – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir