“Bu, məcburi köçkünlərin problemlərinin həllinə diqqətin növbəti təzahürüdür” – DEPUTAT

“Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman ölkə Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür. Dövlət başçısının bu addımı da digər addımları kimi, hər kəs tərəfindən təqdir edilir və ürəkdən alqışlanılır”. 

Bunu Etikxeber.az-a açıqlamasında deputat Eldəniz Səlimov deyib.

E. Səlimov bildirib ki, ölkə Prezidenti qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

Onun sözlərinə görə,  eyni zamanda, dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb, bu məsələlərə qayğı ilə yanaşıb, onların həlli ilə bağlı zəruri tədbirlər görüb.

“Yəni, İlham Əliyev prezidentliyi dövründə mərhum dövlət başçısı, Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirərək, qaçqın və məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin problemlərinə diqqəti həmişə bir nömrəli məsələ kimi saxlayıb”-deyən millət vəkili qeyd edib ki, Prezidentin son fərmanı da bütün bunları bir daha təsdiq etdi:

“Qaçqın və məcburi köçkünlərimizin problemləri, onlarla bağlı məsələlər bundan sonra da dövlətimizin diqqətində və nəzarətində olacaq, bu istiqamətdə gərəkən digər addımlar da atılacaq. Kimsənin də buna şübhəsi olmasın”.

Qeyd edək ki, Prezident İlham Əliyev məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlərin 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçirilməsi barədə fərman imzalayıb.

Etikxeber.az

Read Previous

Formula-1 Azərbaycan Qran-prisinin əsas hazırlıq işlərinə mayda başlanacaq – RƏSMİ

Read Next

Bunlar Azərbaycan dövlətinin humanist siyasətinin təntənəsi olacaq – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir