“Bu, mədəniyyətin ictimai inkişafda aparıcı rol oynadığı bir dövrdə önəmlidir” – PA-NIN ŞÖBƏ MÜDİRİ – FOTO

Parisdə İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyasının Baş qərargahında Fransanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) 25-ci ildönümünə həsr olunan “Səmərəli bərabərliyə aparan yolda: irqçilik və dözümsüzlüyə yeni cavablara ehtiyac varmı?” mövzusunda konfrans keçirilib.

Etikxeber.az xəbər verir ki, yüksək rütbəli hökumət rəsmilərinin, nazirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda Avropa Şurasına üzv olan ölkələrdə irqçilik və dözümsüzlüyün artmasında mövcud və yeni çağırışların qarşısının alınması məsələləri müzakirə olunub.

Konfransda ölkəmizi Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib.

O, “25 ildən sonra reallığa baxış: biz bərabərlik uğrunda aparılan mübarizədə uduruq yoxsa uduzuruq” adlı sessiyada çıxış edərək, Azərbaycanın timsalında inkluziv cəmiyyətin qurulmasına nail olmağın səmərəli vasitəsi kimi multikulturalizm siyasətinin əhəmiyyətindən danışıb.

etibar-pa

E. Nəcəfov ölkəmizin təcrübəsinə əsaslanaraq bildirib ki, multikulturalizm siyasəti cəmiyyətdəki etnik, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinin ən uğurlu modelidir. Multikulturalizm siyasəti qloballaşma şəraitində geniş vüsət alan etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. Bu, mədəniyyətin ictimai inkişafda aparıcı rol oynadığı bir dövrdə olduqca önəmlidir. Belə bir şəraitdə insanların dünya görüşünün, fəaliyyətlərinin əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunması cəmiyyətin inkluzivliyini artıraraq onun daxilində inteqrasiya prosesləri üçün əlverişli şərait yaradır.

Şöbə müdiri multikulturalizmin Azərbaycan Respublikasının həm daxili, həm də xarici siyasətində özünü büruzə verdiyini qeyd edib.

E. Nəcəfov bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyəsi və ölkədə yaşayan bütün xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması multikulturalizim və daxili siyasətin tərkib hissəsi olmasının təzahürləridir.

Qeyd edib ki, sosial ədalətə və bərabərliyə əsaslanan multikulturalizm siyasəti inkluziv cəmiyyətin formalaşmasına aparan əsas amillərdən biridir.

Etikxeber.az

Read Previous

Azərbaycan qadınına səsvermə hüququnun verilməsinin 100 illiyi – PARİSDƏ QEYD OLUNDU – FOTO

Read Next

“İnsan kapitalının inkişafını kitabsız təsəvvür etmək mümkün deyil…” – ƏLİ ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir