“Bu münasibətlər hər bir ölkədə seçki sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir”- Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avropa Xalq Partiyasının De Santa Ana Fernandezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Etikxeber.az-a bildiriblər ki, avropalı beynəlxalq müşahidəçiləri salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib. O, qurumlar arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki və referendum sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir.

Nümayəndə heyətinin rəhbəri və üzvləri ümumxalq səsverməsi (referendum) ilə əlaqədar son hazırlıqlarla maraqlanıblar.

Qonaqların suallarını cavablandıran sədr Məzahir Pənahov referendumda ölkə vətəndaşlarının konstitusion hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları onların diqqətinə çatdırıb.

Görüş qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.

Etikxeber.az

Read Previous

Növbəti qanlı terraktın qarşısı alındı

Read Next

Sahib Məmmədov: “Həmin şəxsə deyirəm ki, bu yalanı niyə yaydın…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir