“Bu nə dəhşətdir, İlahi?” – QƏNİRƏ PAŞAYEVADAN KƏSKİN ETİRAZ

Bu nə dəhşətdir, İlahi?

Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi?

Həmkarım Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyirəm və qoşuluram.

Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm.

Bu videoların uşaqlar və yeniyetmələr üçün nə qədər zərərli bir təbliğat olmasının görəsən bu videolara çəkilən, çəkən və yayan adamlar, onların ailəsi, yaxınları gerçəkdən fərqində deyillərmi?

Çox düşündürücü və narahatverici bir məsələdir.

Çox üzüldüm, üzüntü və ciddi narahatlıqla izlədim.

Təssüf… Amma bu cür videolara, narkomaniyanı təbliğ edənlərə qarşı ciddi addımlar atılmalıdır.

Tədbirlər görülməlidir.

Çox təəssüf…

Böyüyən uşaqlarımızı düşünün bu addımı atmazdan əvvəl.

Üzüntüvericidir.

Tezliklə yığışdırılması lazımdır bu videoların.

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Kifayət qədər var-dövlət yığıblar və həmin var-dövləti qoruyub saxlamaq istəyirlər…” – VAHİD ƏHMƏDOV – YENİLƏNİB – FOTO

Read Next

Türkiyə və Ukraynada seçkilər – “CÜMHUR” VƏ ZELENSKİ ÖNDƏDİR – ƏRDOĞAN SEÇKİ SONUCLARINDAN DANIŞDI- YENİLƏNİB – (13)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir