Bu nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində-ÇALIŞACAQ

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Etikxeber.az-a FHN-dən məlumat verilib.

Məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidləri: Ailənin tək və subay oğlu Bəxtiyar Aslanov və anası tərəfindən təkbaşına böyüdülən tək övlad Ramal Məmmədov-BƏXTİYAR ASLANOVUN 23, RAMAL MƏMMƏDOVUN 21 YAŞI TAMAM OLUR…

Read Next

Baş Prokurorluqdan daha bir qrup sosial media istifadəçisinə-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir