“Bu, necə bazardır ki, ancaq bir oyunçu var?” – Natiq Cəfərli

 

Rəsmilər utanmadan deyirlər ki, Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti sərbəstdir, güya, qiyməti bazar müəyyən edir.

Ay qalstuklular yığını, bazar müəyyən edirsə, bir dəfə də qiymət düşsün, niyə düşmür?! Bu, necə bazardırdır ki, ancaq bir oyunçu var? Bu, nətəhər sərbəst qiymətdir ki, ancaq SOCAR söz sahibidir?! 

Rəqabət yox, idarəçilik zay, 150 ilin neft ölkəsi 95 markalı benzin belə istehsal edə bilmir, halbuki bu yüksək texnologiyalar, maşın, smartfon, kompyuter, raket deyil, adi, bəsit prosesdir, Aİ-95 keyfiyyətində benzin (yəni bu yaxşı benzin deyil) 1992-ci ildən Avropada artıq istehsal olunurdu…

P.S. Dəfələrlə yazmışam: SOCAR-ın borcu artıqca benzin və dizelin, dövlətin borcu artıqca. kommunal xidmətlərin qiyməti atacaq. Belə.

Natiq Cəfərli

Etikxeber.az

Read Previous

“Qəddarcasına axıdılan qanlara baxmayaraq…” – Rafael Hüseynov – FOTO

Read Next

Elçin Məmmədov ÇSKA-“Benfika” oyununa təyinat alıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir