“Bu oktyabr gecəsində şirin yuxudaykən Ermənistanın raket atələrşiylə öldürdüyü dinc insanların, məsum körpələrin qanını Azərbaycan heç vaxt bağışlamayacaq, Allah da bağışlamaz!”-RAFAEL HÜSEYNOV

DAVAM EDƏN ERMƏNİ TERRORİZMİ…

Daha bir narahat gecə yaşayırıq.

Ürəyimiz Gəncədədir. 

Ermənistan növbəti terror aktını törədib, daha bir hərbi cinayət gerçəkləşdirb. 

 Terroru lap çoxdan dövlət siyasətinə çevirmiş təcavüzkar Ermənistan bir neçə saat əvvəl Gəncənin mülki əhalinin sıx yaşadığı iki nöqtəsinə raket atəşinə tutdu. 

Ölənlər, yaralananlar var və müdhiş dağıntıların görüntülərini  izlədikcə kədər duyğusuyla təxmin etmək çətin deyil ki, zərədidələrin sayı yəqin ki, artacaq. 

Humanitar atəşkəs haqqında razılığın əldə edilməsindən dərhal sonra oktyabrın 11-də Gəncəyə açılmış erməni raket atəşlərinin ardınca oktyabrın 17-si gecəsi Ermənistan ərazisindən açılan bu atəşlər nəfəsi üzülən, çökən, tam iflasın lap astanasında olan cinayətkar rejimin  yalnız xof yaratmaq cəhdi deyil. 

Əsas çirkin məqsəd üçüncü dövlətləri bu müharibəyə qatmaqdır. 

Cinayətkar Ermənistan Azərbaycanı heç bir təxribata çəkə bilməyəcək, elə bu saatlarda uydurduqları yalanlar da keçməyəcək, ən yaxın günlərdə şanlı ordumuz bütün bu vəhşilikləri törədənlərin ən ağır cəzasını verəcəkdir.

Ermənistan belə namərd addımları ilə insanlarımız arasında vahimə yaradacağını düşünsə də, əksinə, bu qanlı terror aktları millətimizin içərisindəki azadlıq eşqini, qisas duyğusunu qüvvətləndirir, hər an böyük qələbə saatını yaxınlaşdırır.

Gəncənin, Azərbaycanın başı sağ olsun – gecə 4-ü keçir artıq həyatını itirənlərin sayı 10-u ötdü, yaralılarımızın miqdarı 40 -dan çox .Vətəndaşlarımızın bu gecə və bu gecəyədək axan bir damla qanı belə əvəzsiz qalmayacaq.

Bu oktyabr gecəsində şirin yuxudaykən Ermənistanın raket atələrşiylə öldürdüyü dinc insanların, məsum körpələrin qanını Azərbaycan heç vaxt bağışlamayacaq, Allah da bağışlamaz!

Ermənistanın Gəncəyə və gəncəlilərə qarşı 11 oktyabr teraktından sonra Nizami muzeyi kollektivi adından təcavüzkarı ifşa edən və dünya muzeylərində çalışan həmkarlarımızı bizimlə həmrəyliyə səsləyən  10 dildəki müraciətimizi 100-ədək ünvana göndərməyi nəzərdə tutmuşduq. 

Artıq həmin müraciət bir çox yerlərdə dərc edilib, dünyanın 5 qitəsindəki 300-dək məşhur muzeyə və mədəniyyət mərkəzinə göndərilib. 

Ermənistanın Nizami şəhərinə, Nizami yurddaşlarına yeni xain həmləsi, Azərbaycana qarşı davam edən qəsbkarlığı barədə həqiqətləri səhər açılınca  yenə dünyaya yayacağıq!

Haqq Azərbaycanladır, Qələbə bizimdir!

Rafael HÜSEYNOV,

Akademik, Millət vəkili

Etikxeber.az

Read Previous

İşğalçı və düşmən Ermənistan Mingəçeviri yenidən-ATƏŞƏ TUTDU…

Read Next

“Bunun adı xainlik, qorxaqlıq, haqq-hüquq tanımamaqdır…Can Azərbaycan heç vaxt tək qalmayacaq…”-TÜRKİYƏ RƏSMİLƏRİNDƏN NÖVBƏTİ ERMƏNİ VANDALİZMİ VƏ TERRORİZMİNƏ KƏSKİN ETİRAZ, ERMƏNİSTANA XƏBƏRDARLIQ… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir