Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
– Azər müəllim, bugünlər ölkəmizdə cari ilin 9 ayının yekunları cəmiyyətimizdə geniş müzakirə olunur. Ölkəmizdə iqtisadi-sosial siyasət bu 9 ayda hansı nəticələrlə yadda qaldı?
– Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsiölkəmizin iqtisadi dayanıqlılığını artıran əsas amillərdəndir. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir. Bunu, bir neçə gün öncə açıqlanan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da təsdiqləyir. Təbii ki, ölkəmizdə istər neft, istərsə də qeyri-neft sektorunun əsaslı inkişafı davamlı şəkildə aparılan siyasətin nəticəsində əldə edilib. Qeyri-neft sektorunun aparıcı sahələri bu gün yeni innovasiyalara əsaslanan siyasət nəticəsində inkişaf etdirilir.
Möhtərəm Prezidentimiz də Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, bu il iqtisadi sahədə köklü islahatlar davam etdirilir və biz bu islahatların nəticələrini görürük. Əldə edilən nəticələr özü bunu deməyə əsas verir. Azərbaycan artıq dünyada ixracatçı ölkə kimi qəbul olunur. Fərqli sahələr üzrə ixrac ildən-ilə artır. Bu ilin 9 ayında xarici ticarətimizin müsbət saldosu 6,5 milyard dollar təşkil edib və ixracımız idxaldan daha yüksək templərlə artır. Bu olduqca mühüm bir rəqəmdir və hazırki beynəlxalq iqtisadi münasibətlər zəminində buna nail olmaq heç də asan deyil. Eləcə də, kənd təsərrüfatında mühüm inkişaf nəzərə çarpır və bu sahədə də 4,3 faiz artım var. Eyni zamanda dövlətin özəl sektorun inkişafına göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Mötərəm Prezidentimiz bildirdi ki, bu günə qədər Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılıb və bu proses davam etdirilir. Bu diqqət və qayğı nəticəsində yerlərdə kənd təsərrüfatının inkişafına nail olunub. Qəbul olunmuş müvafiq Dövlət proqramlarının uğurlu icrası isə bu inkişafı daha da dinamik edir. Bütövlükdə, ötən dövrün yekunları, uğurlu nəticələr Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.
– Ötən 9 ayda ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi istiqamətində də bir sıra addımlar atılıb. Bununla bağlı fikirlərinizi bilmək istərdik…
– Azərbaycan dövləti bu gün beynəlxalq aləmdə həm regionun sabitləşdirici amili, həm də multikultural dəyərləri yaşadan və inkişaf etdirən ölkə olaraq qəbul edilir. Ölkə Prezidentinin apardığı uğurlu xarici siyasət kursu bütün beynəlxalq təşkilatlarla əlaqələrin daha da genişlənməsinə yol açıb. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin bu il beynəlxalq imicinin artması ilə bağlı mühüm fikirlər səsləndirildi. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycanın xarici siyasətində həm müsləman ökələri, həm də Qərb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi prioritet xarakter daşıyır. Eləcə də, qonşu dövlətlərə münasibətlərimizin inkişafı məsələsi hər zaman öz aktuallığını qorumaqdadır. Bu mənada, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi xüsusi qeyd olunmalıdır. Ölkə başçısının vurğuladığı kimi, bu olduqca tarixi bir sənəddir və bu sənəddə ölkəmizin milli maraqları qorunub. Qəbul edilən Konvensiya Xəzəryanı ölkələrin qarşılıqlı əlaqələrinin inkişafında yeni mərhələ sayıla bilər. Bundan başqa, ötən 9 ayda İslam İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyətmiz də xüsusi qeyd edilməlidir. Çünki Azərbaycan bu təşkilatda təmsil olunan bir çox ölkələr ilə mühüm tərəfdaşlıq əlaqələrinə malikik.
Dövlət başçısının bildirdiyi kimi, Azərbaycan İslam həmrəyliyinə də olduqca mühüm töhfələr verir. Bu il Azərbaycanın ikinci şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı adına layiq görülməsi ölkəmizin bu təşkilatdakı nüfuzunun göstəricisidir. Bu il ölkəmizdə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib və qarşılıqlı münasibətlərin daha yüksək formada inkişaf etməsində bu amilin də rolu xüsusi dəyərləndirilməlidir.
– Azərbaycan son dövrlərdə aparıcı beynəlxalq təşkilatlardakı mövqelərini möhkəmləndirir. Sizcə, bu amil Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı dərəcədə təsir göstərir?
– Bu, olduqca mühüm bir amildir. Bildiyiniz kimi, indiyə qədər Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunub və orada da uğurlu sədrlik dövrü yaşayıb. Bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilib və ölkəmiz gələn ildən başlayaraq Qoşulmama Hərəkatına sədrlik edəcəkdir. Bu, ölkəmizin beynəlxalq əlamdəki nüfuzunun ildən-ilə artmasını təsdiqləyən mühüm faktlardır. Ən əsası ölkə Prezidenti İlham Əliyevin xarici səfərləri, keçirilən görüşlər, eləcə də bir sıra dövlət və hökumət başçılarının Azərbaycana səfərləri ölkəmizin beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu göstərir. Beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Azərbaycanla bağlı müsbət mövqeyi, ölkəmizin regionda oynadığı rolu yüksək dəyərləndirməsi mühüm faktorlardandır.
Bu il ölkəmiz Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində olduqca ciddi bir addım olan “Tərəfdaşlıq prioritetləri” sənədinə imza atıb.Bu sənəd bir çox məsələrə görə önəm daşıyır və ən əsası Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı burada yer alan məsələlər ölkəmizin maraqlarına cavab verir. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və bu da münaqişənin ədalətli həllində, sülh danışıqlarında olduqca mühüm bir nailiyyət sayılmalıdır. Aİ ilə ölkəmiz arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” adlı sənəd Azərbaycanın ərazi bütövlüyünün Avropa İttifaqı tərəfindən dəstəkləndiyini bir daha təsdiqləyir. Bununla yanaşı bu il NATO-nun Zirvə görüşünün yekun sənədində də Azərbaycanın ərazi bütövlüyü bir daha quruma daxil olan dövlətlər tərəfindən dəstəkləndi və bu məsələ Zirvə görüşünün yekun bəyyənaməsində öz əksini tapdı. Uğurlu xarici siyasət kursu nəticəsində lədə olunan bu kimi nailiyytlər ölkəmizə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində hüquqi mənada olduqca mühüm üstünlüklər qazandırır.
– Bu il həm də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam oldu. Ötən 15 ilin ölkəmizin inkişaf tarixindəki yerini necə dəyərləndirirsiniz?
– Müasir Azərbaycanımızın möhkəmdayaqlar üzərində qurulan və inkişafı hədəfələyən irəliləyişi ölkəmizin özünəməxsus milli inkişaf modelini yaradıb. 2003-cü ilin 15 oktyabr seçkilərində xalqın böyük inam və etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev ötən 15 ildə xalqımızın göstərdiyi etimadı tam doğruldaraq ölkəmizi davamlı yüksəliş yoluna çıxarıb. Ulu öndər Heydər Əliyev siyasi məktəbini keçmiş, yüksək, müasir intellekti və qabiliyyəti ilə Azərbaycan dövlətini uğurdan uğura daşıyan möhtərəm Prezidentimiz İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişaf prosesində dinamizmi və məqsədyönümlülüyü təmin etdi, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin yerinə yetirilməsinə real imkanlar açdı, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına möhkəm və etibarlı zəmin formalaşdırdı.
Məhz, möhtərəm Prezidentimiz İlham Əliyevin səyi və qətiyyəti nəticəsində milli iqtisadiyyatımızın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə inkişafına səbəb oldu. Bazar iqtisadiyyatı münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasına, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son 15 ildə milli iqtisadiyyatımız yeni keyfiyyət parametrləri ilə möhkəm təməl üzərində sürətlə inkişaf edir. Qəbul olunmuş müvafiq Dövlət proqramları ölkəmizin uğurlu inkişafı üçün ən vacib düstura çevrildi. Bu gün Azərbaycanda təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşıb. Ölkənin makroiqtisadi göstəriciləri hər il artımla müşahidə olunur. Bir daha qeyd etmək gərəkir ki, məhz, Prezident İlham Əliyevin yürütdüyü müasir dünyanın tələblərinə uyğun, yüsək təminatlı və ən əsası vətəndaşlarımızın sosial rifahını özündə əks etdirən siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövlətinin bütün sahələrdə yüksək göstəricilərə nail masında müstəsna rol oynayıb. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən məqsədlərə çatılması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar Azərbaycanın hər sahədə dinamik inkişafını təmin edən faktorlardır.
Etikxeber.az