Bu ölkə ciddi qənaət rejiminə-KEÇİR…

Almaniyada qış mövsümündə ictimai binalarda maksimal temperatur 19 dərəcə selsi olacaq, isti su verilməyəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Məlumata görə, bu tədbirlər Almaniya hökumətinin qəbul etdiyi son qərarda yer alır.

Ölkənin İqtisadiyyat naziri Robert Habek əhalini və özəl sektoru da bundan nümunə götürməyə çağırıb.

1 sentyabrdan etibarən ictimai binalarda temperatur 19 dərəcə selsi, intensiv fiziki iş görülən zonalarda isə 12 dərəcə Selsi olacaq, əl yumaq üçün isti su verilməyəcək. Dəhlizlərdəki qızdırıcılar isə söndürüləcək.

Bundan əlavə, saat 22.00-dan 6.00-dək bütün reklam işıqları söndürüləcək, qızdırılan ticarət mərkəzlərinin qapısının örtülü olması tələb ediləcək.

Almaniya hökuməti bu yolla qışda qaz sərfiyyatını azı 2% azaltmaq istəyir.

Yeni qaydalar xəstəxanalara şamil edilmir.

Etikxeber.az

Read Previous

“Xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Prezident daha bir neçə səfirin etimadnaməsini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir