Bu ölkə Qlobal Səyahətlər İndeksində ən yaxşı turizm istiqaməti adlandırıldı

Finlandiya 2019-cu ildə vəhşi təbiət üzrə Qlobal Səyahətlər İndeksində ən yaxşı turizm istiqaməti adlandırılıb.

Etikxeber.az-ın xəbərinə görə,  bu barədə məlumatı Britaniyanın “True Luxury Travel” agentliyinə istinadla yayıb.

Qlobal Səyahətlər İndeksinə görə, Finlandiya bu sahədə dünyanın ən yaxşı turizm adı uğrunda 100-dən çox digər namizədi qabaqlayıb.

Bildirilir ki, ölkə özünün ekoloji dayanıqlılığının yüksək səviyyəsinə, unikal növ müxtəlifliyinə, gözəl təbiət landşaftlarına və canlı təbiətin qorunub saxlanılmasına görə seçilib.

Agentlikdən deyiblər: “Bu nəticələr son ildə Finlandiyada turizmin səviyyəsinin sürətlə artması ilə də bağlı olub. İndeksə görə, Finlandiyanın bu mövqeni əldə etməsinə ölkə ərazisinin 73 faizindən çoxunun meşələrlə örtülməsi kömək edib”.

Qeyd edək ki, Finlandiyanın qərb qonşusu – İsveç həmin indeksdə ikinci yeri tutub.

Onların ardınca Braziliya, Kanada və ABŞ gəlir. Siyahıda 6-10-cu yerləri Norveç, İspaniya, Almaniya, Polşa və Sloveniya tutublar.

Etikxeber.az

Read Previous

“İşğal edilən torpaqlarımız Azərbaycanın nəzarəti altına qayıdacaq” – XİN RƏSMİSİ

Read Next

Nazirlə yeni səfir bir arada – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir