Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kanadanın Kvebek əyalətində anomal istilərdən ölənlərin sayı 54 nəfərə çatıb. Bu barədə ölkənin “Montreal Gazette” nəşri yerli səhiyyə orqanlarına istinadla məlumat yayıb. Bundan əvvəl 33 nəfərin öldüyü bildirilib.
Etikxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, Kvebek əyalətinin səhiyyə naziri Lyusi Çarlbua ölənlərin sayının 54 nəfər olduğunu təsdiqləyib.
Kanada təcili tibbi yardım xidmətinin nümayəndəsi Stefan Overhoff bildirib ki, havada rütubət azalsa da, təhlükə səviyyəsi yüksək olaraq qalır. Xidmətin məlumatına görə, gündə 1,2 mindən çox zəng qəbul edilir.
Etikxeber.az