Bu ölkədə referenum və yerli orqanlara seçkilər-KEÇİRİLİR…

Bu gün Qırğız Respublikasında Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendum və yerli orqanlara seçkilər keçirilir.

Etikxeber.az məlumat verir ki, Qırğız Mərkəzi Seçki Komissiyası səsvermənin saat 08.00-dan 20.00-a qədər ölkə üzrə 2 483 seçki məntəqəsində keçiriləcəyini bildirib.

Eyni zamanda 28 xarici ölkədə 48 seçki məntəqəsi açılacaq. Əgər ölkə üzrə 3,6 milyon seçicinin 30 faizindən çoxu səsvermədə iştirak edərsə, referendum baş tutmuş sayılacaq. Yerli orqanlara seçkilərdə baryer müəyyənləşməyib.

Konstitusiyaya təklif edilən dəyişiklik Prezidentin səlahiyyətinin artırılmasını, parlamentin səlahiyyətinin azaldılmasını və deputatların sayının 120-dən 90-na endirilməsini nəzərdə tutur. Konstitusiyaya dəyişiklik qəbul edilərsə, Prezident hökumət üzərində tam nəzarətə sahib olacaq, nazirləri vəzifəyə təyin və vəzifədən azad edəcək.

Başqa sözlə, Qırğız Respublikası prezident-parlament üsul idarəsindən prezident üsul idarəsinə keçəcək.

Etikxeber.az

Read Previous

Heyf Sizdən, Aslan müəllim, çox heyf…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir