“Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək…”-MİLLƏT VƏKİLİ

Ölkədəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb oldu.

Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi:

Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası.

Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir.

Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır.

Cənab Prezidentin atdığı bu addım siyasi tərəfdən çox mühümdür. Edilən islahatlar daim dövlətimizin mənafeyini qorumaq, yeniliklərə imza atmaq atmaq üçündür.

Yeni kadr dəyişikliyi, aydın şəkildə Respublikada köklü dəyişikliklərin getdiyinin göstəricisidir. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir.

YAP ümumxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir. Azərbaycanda daim siyasi həmrəylik hökm sürür. Hazırda Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır.

Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. 

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratmışdır.

Bu birliyə nə qədər kölgə salmağa çalışan klanlar olsa da, cənab Prezidentin dərin siyasətinə qarşı heç kim gələ bilməz. Yüksək səviyyədə yürüdülən bu siyasətin təməli bizə Ulu Öndərdən bir miras qalmışdır.

Bu gün də bu mirası cənab Prezident layiqincə davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır.

Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir.Dövlətimizdə fəaliyyət göstərən siyasi partiyalar arasında hər birimizə bəllidir ki, YAP ən ilk sıradadır.

Bu partiyanın nüfuzu, tərkibi və fəaliyyətinin nəticəsində yaranmış bir haldır. Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır.

Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaqdır. Azərbaycan Respublikasında təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşdur.

44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur.

Bütün görülmüş işlər və atılan addımlar sayəsində Azərbaycan zirvələrə yüksəlir.

Biz bu dövlətin vətəndaşları olduğumuz üçün daim fəxr edir, belə şəraitin yaradılmasına görə cənab Prezident İlham Əliyevə öz dərin və səmimi minnətdarlığımızı bildiririk.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Sabiq deputat və YAP Siyasi Şurasının sabiq üvzü-HAKİM PARTİYANIN SON QURULTAYINDAN YAZDI…

Read Next

“Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir…”-Hikmət Hacıyev – Diplomatların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə – NÖVBƏTİ SƏFƏRİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir