Bu ölkənin əhalisinin sayı 1,45 milyard nəfərə çatacaq

Çin Xalq Respublikası əhalisinin sayı 2020-ci ildə 1,42 milyard, 2030-cu ildə isə 1,45 milyard nəfərə çatacaq. Bu proqnoz ölkənin 2017-2030-cu illər üçün əhali inkişaf planında əksini tapıb.

Etikxeber.az-ın xarici mətbuata istinadən məlumatına görə, plana əsasən, növbəti illər, xüsusən də 2021-2030-cu illər əhalinin sayının artımında açar dövr olacaq. Buna Çində “Bir ailə, bir uşaq” siyasətinin dayandırılması öz təsirini göstərəcək. Növbəti illərdə əhalinin sayının artımı ilə yanaşı, əmək qabiliyyətli əhalinin sayında azalma müşahidə olunacaq, əhalinin yaşlanması prosesi daha da sürətlənəcək. Proqnozlara görə 2030-ci ildə ölkə əhalisinin 25 faizini qocalar təşkil edəcək, 14 yaşınadək olan uşaqların sayı isə azalaraq 17 faizə enəcək.

Hazırda Çin əhalisinin sayı ölkənin xüsusi inzibati rayonları olan Honkonq və Makao nəzərə alınmamaqla 1,382 milyard nəfərdir.

Etikxeber.az

Read Previous

Şəmkirdə 120-yə yaxın toxucu martın sonunu niyə gözləyir? – FOTO

Read Next

Tramp və Ərdoğan arasında telefon danışığı olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir