Portuqaliyada parlament seçkiləri – HAKİM PARTİYA QALİBDİR – YENİLƏNİB

Bu gün Portuqaliyada növbəti parlament seçkiləri keçirilir.

Etikxeber.az xəbər verir ki, seçkilərdə Sosialist və Sosial-Demokrat partiyaları, Solçu blok, Xalq Partiyası, Birləşmiş Demokratik Koalisiya (kommunistlərin və yaşılların alyansı), “İnsanlar-heyvanlar-təbiət” İctimai Birliyinin namizədləri mübarizə aparırlar.

Təkpalatalı olan Portuqaliya parlamenti dörd il müddətinə seçilən 230 deputatdan ibarətdir.

***

Portuqaliyada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, bu ölkənin Baş naziri Antonio Kostanın Sosialist Partiyası 38.41 faiz səslə liderdir. 

Sosial Demokrat Partiyası isə 33,69 faiz səs toplayaraq ikinci yerdə qərarlaşır.

Qeyd edək ki, seçkilərdə Sosialist və Sosial-Demokrat partiyaları, Solçu blok, Xalq Partiyası, Birləşmiş Demokratik Koalisiya (kommunistlərin və yaşılların alyansı), “İnsanlar-heyvanlar-təbiət” İctimai Birliyinin namizədləri mübarizə aparırlar.

Portuqaliya parlamenti dörd il müddətinə seçilən 230 deputatdan ibarətdir.

Etikxeber.az

Read Previous

Baş nazir məhkəməyə verildi…

Read Next

Hollandiya rəsmən – NİDERLAND OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir