Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün, 21 dekabr-qızılı, bərəkətli adlandırılan payızın-SONBAHARın sonuncu günü…
Heç bilmədik bu üç ay, 2020-ci ilin payızı-payızımız necə gəlib keçdi…
Çünki nələr yaşanmadı, nələr bu payızda…
Hansı fırtınalar qopmadı ki, bu payızda?!
27 sentyabr 2020-ci il…
Tarixi İkinci Vətən Müharibəsinin başlandığı gün…
“Dəmir Yumruq” adı altında başlayan İkinci Qarabağ Savaşı, Ali Baş Komandanın Azərbaycan xalqına 27 sentyabr tarixli Tarixi müraciəti…
Lal, kar, kor…dünyanın gözlərinin yenidən Azərbaycana zilləndiyi günlər…
Kənd, qəsəbə, yüksəklik, rayon və şəhərlərimizin (rayon mərkəzlərimizin) bir-birinin ardınca alındığı, işğaldan azad edildiyi gözəl, möhtəşəm, Dastan yazılan günlər…
Suqovuşan, Talış, Cəbrayıl, Xudafərin, Hadrut, Füzuli, Zəngilan, Ağbənd, Qubadlı, Daşaltı, Laçının 3 kəndi, Xocavəndin kəndləri, yaralı Xocalımızın 9 kəndi…
İgidlərimizin, Aslanlarımızın Dastan, gerçək Tarix yazdığı günlər…




8 noyabr Şuşa Zəfəri, 9 noyabr-71 kənd və bir qəsəbənin, 8 yüksəkliyin azad edildiyi gün…
44 günlük möhtəşəm, Qələbə, Zəfər dolu bir Tarix…
20, 25 noyabrlar və 1 dekabr…
Ağdamın, Kəlbəcərin, Laçının 27-28 ildən sonra əsl sahibinə, Azərbaycana qovuşduğu günlər…
10 dekabr möhtəşəm “ZƏFƏR PARADI”…
Ay Laçın…, Arazı ayırdılar…Unudulmayacaq anlar…
Mənfi məqamları…, koronavirus bəlasını… yazmaq, insanlarımızın kefini bir daha pozmaq istəmirəm…
Bu payız, bu SONBAHAR gerçəkdən başqa-Tarixi bir payız, sonbahar oldu…
Bir daha olmayacaq, bir daha təkrarlanmayacaq…
Allah cəmi Şəhidlərimizə rəhmət etsin, onların gözü yaşlı ailələrinə səbr, Yaralılarımızın, Qazilərimizin isə tezliklə şəfasını versin!
Bu sonbahar başqa bir SONBAHAR!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az