“Bu, prezidentin səlahiyyətində olan bir məsələdir” – DEPUTAT SON TƏYİNATLAR HAQDA

Kimisə vəzifədən çıxarmaq, kimisə vəzifəyə təyin və ya yerdəyişmək yalnız və yalnız ölkə prezidentinin ali səlahiyyətində olan bir məsələdir. Bu, Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətdir. Bu baxımdan, kimsə bu məsələyə müdaxilə edə, qarışa bilməz. Bu məsələ müzakirə mövzusu olan bir məsələ deyil.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Bununla belə, millət vəkili bir daha xatırladıb ki, Azərbaycanda mütəmadi olaraq, kadr dəyişiklikləri, kadr islahatları aparılır və son təyinatlar da bu prosesin bir tərkib hissəsidir.

“Bunlar olub və olacaq. Son təyinatlarda yer alan insanlar da Azərbaycan dövlətinə və dövlətçiliyinə, ölkə prezidentinə, Heydər Əliyev kursuna öz xidmətləri, sadiqlikləri və sədaqətləri ilə seçilmiş, tanınmış insanlar, öz işlərinin, öz sahələrinin peşəkarlarıdır. Hər birinin də cəmiyyətdə nüfuzu, hörməti, çəkisi var və yeni işlərində də hər birinə uğurlar.

ELDENIZ-1

 Ancaq çox təəssüflər olsun ki, yenə də bulanıq suda balıq tutmaq, stəkanda fırtına qoparmaq istəyənlər cılızlığıa və ucuzluğa getməkdədirlər, son təyinatları da öz “ağıllarınca” başqa səmtə yönəltmək cəhdindədirlər. Nə etmək olar, ucuzluq və cılızlıq onların adəti, şakəridir. Bu-köhnə xəstəliklərindən qurtula, əl çəkə bilmirlər. Lakin bir məqamı unutmasınlar ki, indi 80-ci illərin sonları, 90-cı illərin əvvəlləri deyil ki, kimlərisə öz yalanlarına inandıra bilsinlər.

İnsanlar onların kim olduqlarını çox yaxşı bilir və son 26 ildə dəfələrlə müdrik seçimlərini edərək, həmin insanlara öz münasibətlərini ortaya qoyublar. Hər zaman olduğu kimi, yenə də məsləhətimiz odur ki, gedib öz iş-gücləri ilə məşğul olsunlar, bir işin qulpundan yapışsınlar, bəlkə onda nəsə əldə edərlər. Belə cılız və ucuz hərəkətlərlə, sosial şəbəkələrdə yalan və iftiralarla heç nəyə nail ola bilməcəyəklər”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Qırğız parlamenti eks-prezidentin toxunulmazlıq statusunu ləğv etdi

Read Next

“Kiminlə işləyib, işləməyəcəyinə prezident özü qərar verir” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir