“Bu qədərmi özgə dərdinə etinasız olmuşuq?!” – RƏŞAD MƏCİDDƏN ÖNƏMLİ TƏKLİF

Təhsil haqqına görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir.

Mənə də bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistrlikdən imtina etmək istəyir. İndi bir fakültə dekanının fikirlərini də oxudum:

“İki tələbəm Magistraturanı qazanıb, zəhmət çəkib nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün… İçim yanır!!!”

Əgər dekan da nalə çəkirsə problemin ciddiliyinə diqqət verilməlidir. Dövlət təhsillə bağlı çox addımlar atıb. ( Baxmayaraq ki, Universitetlər belə tələbələrdən ilk təhsil haqqını birdəfəyə yox, hissə-hissə tələb edə bilər.) 

Bəlkə bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?!

talabaaa

resad_d93701173e943967616c

Bu qədər zəngin insanlar, imkanlı şəxlər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından niyə imtina edənlər olmalıdır ki?!

Bu qədərmi özgə dərdinə laqeyd, etinasız olmuşuq?!

Qarşıdan Qurban bayramı gəlir.

Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub.

O “qoyunları sıraya düzüb cənnətə yol axtarınca” bu tələbələri sevindirib savab qazanın!

Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır!

Buyurun zənginlərimiz! 

Qurbanlarınız mübarək!

Rəşad MƏCİD,

“525-ci qəzet”in baş redaktoru

Etikxeber.az

Read Previous

Futbol tarixinin ən bahalı müdafiəçisi – HARRİ MAQUAYR

Read Next

Deputat Paşinyanı ittiham etdi – DİPLOMATLARIMIZI İSƏ QINADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir