Bu qan İranın üzərində qalacaq-MUSA URUD YAZIR

İranın fitnəkar rejimi yenə də düşmənçilik toxumunu səpdi.

27 yanvar tarixində İran xüsusi xidmət orqanlarının “xeyir- duası” ilə Azərbaycanın Tehrandakı səfirliyinə terrorçu hücumu olub və bu xain hücumda səfirliyimizin bir nəfər əməkdaşı Şəhid olub, 2 nəfər yaralanıb.

Allah Şəhidimizə rəhmət eləsin, yaralılarımıza şıfa versin!

İranın çirkin iç üzünü bir daha gördük.

İran rəsmlərinin nə bəyanat verməsindən, hansı bəhanə uydurmasından asılı olmayaraq gün kimi aydındır ki, bu terror İran dövlətinin bizə düşmən siyasətinin tərkib hissəsidir və nəticəsidir.

İranın çürümüş rejiminin sonu yaxınlaşır, bu terrorçu, allahsız, vizdansız və əxlaqsız rejim məhvə məhkumdur.

İranda islam adından üzündə maska kimi istifadə edən islam və insan düşməni bir totalitar rejim öz biabırçı sonunu tezləşdirməkdədir.

Bütün dünya ilə, o cümlədən müsəlman qonşuları ilə düşmən olan bu xain rejimin bircə dostu var, o da faşist Ermənistan!İranın belə mənfur, çirkin əmılləri xalqımızın iradəsini sındıra bilməyəcək.

Əksinə, daha da mübariz ruhumuzu artıracaq.

İran bu qanı öz çirkin əllərindən və sifətindən yuya bilməyəcək.

Hesab edirəm ki, İran xalqı, xüsusi ilə oradakı soydaşlarımız tezliklə öz qəti və son sözünü söyləyəcək!

Terroru dövlət siyasətinə çevirən bir rejim tarixin zibilliyinə tullanacaq!

İranın terrorçu siyasətini qətiyyətlə pisləyirik!!!

Musa URUD,

Millət vəkili

Etikxeber.az

Read Previous

“İran ya ləyaqətsizliyi rəsmən boynuna alacaq, ya da…”-QƏNİRƏ PAŞAYEVA

Read Next

3 övlad atası, peşəkar hərbçi Ramil Quliyevin bu gün Cənnətdəki üçün doğum günü-ŞƏHİDLİYİ UZUN MÜDDƏT SONRA TƏSDİQLƏNƏN XÜSUSİ TƏYİNATLI KAMİL MƏMMƏDOVUN İSƏ ƏBƏDİYYƏTƏ UĞURLANMASININ İKİNCİ İLİDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir