“Bu, qarşılıqlı hörmətə əsaslanmalı və tərəflərin maraqlarına cavab verməlidir” – ZİYAFƏT ƏSGƏROV

Milli Məclis (MM) Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşdü.

Etikxeber.az-ın xəbərinə görə, birinci vitse-spiker bildirdi ki, MM AŞPA ilə münasibətlərin inkişaf etdirilməsinə, hər iki tərəf üçün  faydalı olan əməkdaşlığın dərinləşməsinə önəm verir:

“Bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalı və tərəflərin maraqlarına cavab verməlidir”.

Qeyd edildi ki, nümayəndə heyətimizin üzvləri qurumun tədbirlərində mütəmadi iştirak edir, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini çatdırırlar.

Ziyafət Əsgərov AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi qismində qonağın ölkəmizə səfərinin əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını söylədi.

O, ümidvar olduğunu bildirdi ki, həmməruzəçi səfər müddətində ölkəmizdə gedən prosesləri diqqətlə izləyəcək və əldə etdiyi məlumatları öz hesabatında obyektiv şəkildə dəyərləndirəcək.

MM Sədrinin birinci müavini Azərbaycanda son zamanlar uğurla həyata keçirilən sosial-iqtisadi, hüquqi islahatlar, bu proseslərin parlament tərəfindən dəstəklənməsi barədə məlumat verdi.

Bildirdi ki, müasir dövrün tələblərinə uyğun olaraq ölkənin qanunvericilik bazası təkmilləşdirilir.

Görüşdə ölkəmizin fəal iştirak etdiyi enerji layihələri barədə söhbət açıldı və bunun dövlətin iqtisadi qüdrətinin möhkəmlənməsində, beynəlxalq səviyyədə nüfuzunun daha da artmasında böyük rol oynadığı diqqətə çatdırıldı.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən danışdı. Qonaq bildirdi ki, səfərin məqsədi ölkədəki vəziyyətlə yaxından tanış olmaq, Azərbaycanla AŞPA arasında münasibətlərin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaqdır.

Qonaq təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söylədi. 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Erməni deputata Azay Quliyev və Tahir Mirkişilidən – SƏRT CAVABLAR – FOTOLAR – YENİLƏNİB

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva açılışda – PİRALLAHIDA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir