“Bu qisas qiyamətə qalmayacaq…” – DEPUTAT

“Xocalı soyqırımını törədənlər gec-tez beynəlxalq məhkəmələr qarşısında öz cəzalarını alacaqlar”.

Etikxeber.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov bu gün Qafqaz Müsəlmanları İdarəsində keçirilən “Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! “Xocalıya ədalət!”” adlı tədbirdə deyib.

O qeyd edib ki, Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, soyqırımı tərədən cinayətkarların müəyyənləşdirilməsi yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra baş verdi:

“Biz gec-tez öz doğma yurdumuza qayıdacağıq və Xocalı soyqırımının qisası, intiqamı heç zaman yerdı qalmayacaq. Biz hər birimiz çalışmalıyıq ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işlər görək. Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər aparır”.

S.Novruzov bildirib ki, Xocalı soyqırımının qisasını almaq hər bir Azərbaycan vətəndaşının borcudur:

“Hesab edirəm ki, bu qisas qiyamətə qalmayacaq”.

Etikxeber.az

Read Previous

Pakistan qondarma referenduma müşahidəçi göndərmədiyini açıqladı

Read Next

“Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması cəmiyyətin gözləntisi idi” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir