Bu qolu mart ayının-ƏN YAXŞISI SEÇİLDİ…

İspaniyanın “Real Madrid” klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülərin “Elçe”yə qarşı matçda vurduğu qol La Liqada mart ayının ən yaxşısı seçilib.

Etikxeber.az məlumat verir ki, 21 yaşlı futbolçu meydanın mərkəzindən rəqib qapısını dəqiq nişan alıb.

Çempionatın 28-ci turunda “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmanın 89-cu dəqiqəsində qeydə alınan bu qol həm də rəsmi rekord kimi tarixə keçib.

Belə ki, Arda Gülər 55 metrlik məsafə ilə İniqo Martinesə məxsus olan “La Liqanın ən uzaq məsafədən vurulan qolu” rekordunu 13 metr yeniləyib.

Xatırladaq ki, görüş Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

Etikxeber.az

Read Previous

Bu gün Cənnətdəki altıncı doğum günü, 26 yaşı tamam olan-QƏBƏLƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ADƏM HEYDƏROV…

Read Next

Sabah 24 yaşı tamam, Cənnətdəki üçüncü doğum günü olan-ANTİTERROR ŞƏHİDİ SƏBUHİ HÜSEYNOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir