“Bu, rəsmi İrəvanın təxribatıdır…” – QƏNİRƏ PAŞAYEVA

“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Xankəndində beynəlxalq gənclər konfransı keçirməsi rəsmi İrəvanın təxribatıdır”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

Onun sözlərinə görə, amma çox təssüf ki, beynəlxalq təşkilatlar hər zaman olduğu kimi susacaq.

“Xarici ölkələrdən bu tədbirə gəlmək istəyənlərin bu addımları ilə işğalçıya dəstək verəcəkləri barədə geniş təbliğat işlərini surətləndirməliyik.

Özəlliklə sosial media üzərindən müxtəlif xarici dillərdə bu məsələ ilə bağlı geniş məlumatların yayılmasına çalışmalıyıq.

Gənclər təşkilatlarımız, səfirliklərimiz,diaspor təşkilatlarımız birlikdə bu cür təxribati tədbirlərin qarşısınını alınmasında fəallığı daha da gücləndirməliyik.

Ermənistanın bu addımları ilə hansı marağı daşıdığını hamımız bilirik və mübarizəmizi daha da gücləndirməliyik”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Topbaş AKP-lilərə də sitəm etdi: “Mənə qarşı olan ssenarinin bir parçasına çevriliblər…”

Read Next

Fazil Mustafa “Qudurublar!” sözünə görə Nigar Camalı tənqid etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir