“Bu, Rusiyanın özünün ali iradəsinə hörmətsizlik, rəsmi Moskvanın bölgədəki nüfuzuna zərbədir…”-BƏHRUZ MƏHƏRRƏMOV

Rusiya Sülhməramlılarının statusu Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr Bəyanatı ilə müəyyən edilib.

Bəyanatın 5-ci maddəsində açıq mətnlə yazılıb ki, “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.

Məqsəd aydındır, rusiya sülhməramlıları yalnız və yalnız artıq bitmiş bir münaqişənin yenidən alovlanmaması üçün tərəflərin 10 noyabr bəyanatına sadiq qalmalarına yönəli fəaliyyət göstərməlidir.

Bundan əlavə istənilən addım, məsələn, separatçıların Xankəndindəki yüşürüşündə iştirak etmək kimi cılız “həmrəylik” özfəaliyyətdir, bölgədə sülhə sabitliyə xidmət etmir, əksinə vəziyyəti qəlizləşdirməklə nəinki Azərbaycanın maraqlarına, həmçinin, razılaşmalara imza atmış Rusiya Federasiyasının prezidentinin özünün də iradəsinə ziddir.

Rusiya Sülhməramlılarının komandanlığı unutmamalıdır ki, cənab Putin hətta müharibə dövründə kifayət qədər konstruktiv siyasi mövqe nümayiş etdirərək Qarabağın Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi olduğunu dəfələrlə bəyan edib.

İndi bu mövqedən, habelə, 10 noyabr və 11 yanvar bəyanatlarından sonra sülhməramlı personalının yüksəkrütbəli şəxslərinin əlavə hərəkətlərə yol verməsi hər şeydən öncə elə Rusiyanın özünün ali iradəsinə hörmətsizlik, rəsmi Moskvanın bölgədəki nüfuzuna zərbədir.

Bu mənada, ölkə ictimaiyyətində duyulan haqlı narahatlıq başadüşülən olsa da, unutmayaq ki, zaman da, vəziyyət də bizim lehimizə işləyir.

Nəzərə almaq lazımdır ki, indi XX əsrin 90-cı illəri deyil, VI nəsil müharibə aparıb təcavüzkar koalisiyaya qalib gələn, artıq bölgədə proseslərə diqtə edən Azərbaycanı başqa dövlətlərlə, Prezident Əliyevi isə başqa liderlərlə qarışıq salmaq olmaz.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Şəhid Nofəlin anası…Şəhid İlkinin xalası…İki xalaoğlu, iki Şəhid…-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

Azərbaycanda Su çərşənbəsi qeyd olunur–BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir