“Bu, sadəcə, yüngül əxlaqlı qızlara xəbərdarlıq idi” – NAİLƏ İSLAMZADƏ

“Bu yaxınlarda tamaşaçıların istəyi ilə 2001-ci ildə efirə gedən “Ailələlər, talelər” verilişindən adamyeyən, insanlığını itirmiş biri ilə çəkilmiş süjet paylaşmışdım. Görürəm ki, qısa bir zamanda süjet yayılmış və yüz minlərlə insan izləmişdir. Ona görə də bu açıqlamanı verməli oldum. Bildiyiniz kimi, bu verilişdə sosial, huquqi problemlərlə yanaşı, əxlaqi dəyrləri ilə öyündüyümüz Azərbaycan ailəsində obyektiv və subyektiv amillərin sayəsində baş verən mənəvi aşınmalar barədə “həyacan təbili” çalınırdı”.

Etikxeber.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində paylaşdığı statusunda tanınmış diktor Nailə İslamzadə yazıb.

O, qeyd edib ki, süjet göstərilən veriliş də mənəvi-əxlaqi problemlər üzundən ailələrin qarşılaşdığı çətinliklərə həsr olunubmuş.

“Və mən bu zəmində iki bacısını öldürmüş bir qardaşı çəkmək üçün Ədliyyə Nazirliyinin nümayəndəsi ilə ağır cinayətlər törədənlər saxlanılan tədridxanaya getmişdim. Bu manyakı çəkməkdə məqsəd heç də sensasiya doğurmaq deyildi. Bu, sadəcə, yüngül əxlaqlı qızlara xəbərdarlıq idi. Sonuncu sualı simvolik olaraq vermişdim, cavabı da göstərdi ki, barəsində ancaq ölüm hökmü olmalıdı. Bunu başqa yerə yozmaq lazım deyil”-deyə, N. İslamzadə sonra yazıb.

Etikxeber.az

Read Previous

“Bu məsələni çox gözləməyə qoymaq olmaz…” – BAHAR MURADOVA

Read Next

“Onlayn mediaya 1 milyon vəsait ayırılsın” – ƏFLATUN AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir