“Bu, sanki dünya irsinin olimpiadasıdır…” – MİLLƏT VƏKİLİ

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasınınAzərbaycanda keçirilməsi ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirir. Bu fakt ölkəmizin bu gün dünyada mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün dünyanın ən əlverişli məkanlarından biri olmasını bir daha təsdiqləyir. Bu mötəbər tədbirin Bakıda keçirilməsinin digər bir əhəmiyyəti odur ki, yüzlərlə xarici qonaq Azərbaycanın inkişafının canlı şahidi olurlar.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, dövlətimizin  siyasətinin əsas istiqamətlərindən biri milli mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbligi ilə yanaşı,  beynəlxalq səviyyədə də dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdan ibarətdir.

Onun sözlərinə görə, bu gün ölkə Prezidenti İlham Əliyevin apardıgı uğurlu daxili və xarici siyasət öz sözünü deyir:

“Belə ki,  Azərbaycan artıq dünyada etibarlı tərəfdaş, sülhsevər ölkə kimi tanınır. Bunun nəticəsidir ki dünya mədəniyyətinin və tarixinin irsini qoruyan mötəbər bir təşkilat Azərbaycana etibar edir. Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsində respublikamızın  Birinci vitse-prezidenti,  Heydər  Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir”.

mammadov ilham

Millət vəkili qeyd edib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda kecirilməsi o deməkdir ki, məhz bu gün  ölkəmiz dünya irsinin mərkəzinə cevrilib:

“Bu, sanki dünya irsinin olimpiadasıdır,burada ayrı-ayrı ölkələr öz maddi və mənəvi sərvətlərini dünyaya təqdim edirlər və bunlardan hansı qəbul olunsa o ölkə özünü  qalib kimi hiss edir.  Qalib olan ölkələr tarixə düşür, həm də Azərbaycan o ölkələrin tarixinə düşür. Bu qürurverici anları xalqımıza yaşatdığı ücun cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirik”.

Etikxeber.az
 

Read Previous

Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr – MOSKVADA

Read Next

“Qəbələ” Fil Dişi Sahilindən olan futbolçunu transfer etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir