“Bu sevinci duymaq ücün tələsin!” – VİTSE-SPİKER – FOTOLAR

“Havanın yağışlı olmasına baxmayaraq, İcərişəhərdə keciriıən Novruz şənliklərinə qatılmaqdan özümü saxlaya bilmədim. Avropanın böyük paytaxtlarında hər zaman rast gəldiyimiz , nə zamansa bizim Bakımızda , o cümlədən , İcərişəhərdə də olmasını arzuladığımız möhtəşəm görüntülər vardı”.

Etikxeber.az xəbər verir ki, bunu vitse-spiker Bahar Muradova öz “Facebook” statusunda qeyd edib.

O, qeyd edib ki,  müxtəlif xalqların nümayəndələri , soydaşlarımız və turistlər milli musiqimizin sədaları altında rəqs edir, deyib-gülür, azərbaycan mətbəxinə qonaq olur, bir sözlə bayramın dadını cıxarırdılar.

“Qısacası meydanda bir bayram sevinci, bir də onu bölüşən coxsaylı insanlar var idi.

Bütün bunlara cox böyük səxavətlə şərait yaradan isə əlbəttə ki, hər zaman qonaqpərvərliyi və yüksək təşkilatcılığı ilə secilən Azərbaycan xalqı və dövlətidir.

Bu sevinci siz də duymaq ücün tələsin!!!”-deyə, B. Muradova sonra qeyd edib.

bahar-nov-2

Etikxeber.az

Read Previous

Idmançılarımız İspaniyada keçiriləcək Avropa kuboku yarışlarında iştirak edəcək

Read Next

“Vətənpərvər gənclərin yetişməsinə xüsusi önəm veririk…” – MİLLƏT VƏKİLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir