“Bu, sırf cavab tədbiri idi…”-XİN

XİN son hərbi təxribatlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.

XİN-dən Etikxeber.az-a verilən xəbərə görə, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.

“Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan gələn təhlükəni aradan qaldırıb. Bu, sırf cavab tədbiri idi.

Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, – məlumatda qeyd olunub.

Etikxeber.az

Read Previous

Nəşi bir ay 23 gündən sonra Əbədiyyətə uğurlanan, ailənin 7 övladından biri olan-HACIQABULLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ HÜSEYN ABBASOVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN 31 YAŞI TAMAM OLUR – FOTOLAR

Read Next

25 yaşlı oğlan balta ilə məktəb direktoru olan anasını, atasını, azyaşlı qardaşını, bacısını və 5 yaşlı bacısı qızını-QƏTLƏ YETİRDİ – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir