Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri və sabiq prezidentliyə namizəd Marin Le Penin Avropa İttifaqının (Aİ) vəsaitlərini sui-istifadə etdiyi üçün mühakimə olunduğu məhkəmə prosesində 3 ili şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.
Etikxeber.az-ın xəbərinə görə, prokurorlar Le Penin mənimsəmədə təqsirli bilinməsini və ona 5 il iş verilməsini tələb edib.
Hakimin başqa cür qərar verməyəcəyi təqdirdə Le Penin prezidentliyə namizədliyi avtomatik olaraq qadağan ediləcək.
Qeyd edək ki, fransalı siyasətçi təqsirli bilinərsə, qərardan apellyasiya şikayəti verə biləcək.
Eyni zamanda, məlumatlara görə, dinləmələr boyu ittihamları rədd edən Le Penin noyabrın 27-dən əvvəl hakim qarşısında müdafiə çıxışı etməsi və yekun qərarın 2025-ci ilin əvvəlində açıqlanması gözlənilir.
Etikxeber.az