“Bu siyasət, yeniliklər illərdir səbr və əzmlə davam etdirilir” – KAMİLƏ ƏLİYEVA

Nəsillərin əvəzlənməsi, bir-birini əvəz etməsi, bir-birinə estafeti ötürməsi hər zaman olub. Bu, kadr dəyişikliklərinə, kadr islahatları və onunla birbaşa əlaqəli olan struktrur islahatlarına da aiddir. Həm də yaşlılar, yaşlı nəsil, uzun illər bu və ya digər sahələrdə çalışmış, xidmət götərmiş, əmək sərf etmiş, işinin peşəkar olmuş insanlar, kadrlar onların davamçısı, əvəzləyicisi olan gənclərə, cavanlara, orta yaşlı şəxslərə, kadrlara bir təcrübə, bir nümunə, bir örnək, bir məktəb olublar.

Əzmi, iradəsi, dünyagörüşü çatanlar onlardan öyrənib, mənimsəyib, əxz ediblər, “özünəvurğunlar” isə yarıyolda axsayıb qalıblar. Bu baxımdan son illər, son aylar, son günlər Azərbaycanda yaşananlar da bir örnək, bir təcrübə, bir nümunə, bütün məsələlərdə model və modern olan Azərbaycanın növbəti modeli, uğur formuludur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən illərdir əzmlə, qətiyyətlə, böyük iradə, səbr, təmkin ilə aparılan kadr dəyişiklikləri, kadr islahatları növbəti mərhələsini yaşamaqdadır. Əvvəl də olub, indi də var, gələcəkdə də olacaq.

“Bunlar bir-biri ilə zəncirvari bağlı, koordinasiyalı olan bir prosesdir.

Dövlət başçısı keçirdiyi son iqtisadi-sosial müavirədə tarixi bir çıxış etdi, islahatların bütün maneələr və əngəllərə rəğmən əzmlə davam etdiriləcəyini, müasir, yeni təfəkkürlü, dünyagörüşlü cavanlara, peşəkar kadrlara yol açılacağını vurğuladı və bu məsələnin Azərbaycan hökumətinin üzərinə qoyulan bir vəzifə olduğunu söylədi. Bu günə kimi hansı sözləri və vədləri veribsə, onların hər birinə də əməl edibsə, yerinə yetiribsə, son müşavirədə də verdiyi sözünə, vədinə əməl etdiyini, sadiq qaldığını bir daha sübut etdi.

Ramiz-İlya-1

akif-ilya

sahin-ilya

Ölkədə kadr dəyişikliklərinin, kadr və struktur islahatların  növbəti – yeni mərhələsini başlatdı. Özü də ənənivi olaraq, hay-küysüz, sakit bir tərzdə. Dövlət başçısı uzun illər Azərbaycan dövləti və cəmiyyətinin həyatında mühüm rol oynamış, xidmətləri olmuş, dövlət idarəçiliyində fərqlənmiş və öz ərizələri ilə könüllü şəkildə vəzifələrindən getmiş, istefa vermiş insanları qəbul edərək, onlara fəaliyyətlərinə və addımlarına görə  bir minnətdarlığını ifadə etdi, bunun bir örnək olduğunu, onların təcrübəsindən  istifadə ediləcəyini dedi. Eyni zamanda, bəzilərini Azərbaycanın ən yüksək ordenləri ilə təktif etdi, növbəti missiyalarında uğurlar dilədi.

kamila

Bununla yanaşı, bəzi kadr dəyişiklikləri, kadr və struktur yenilənmələri etdi, növbəti etimad, növbəti etibar nümayiş etdirildi, göstərildi, eləcə də, mühüm tapşırıqlar və göstərişlər verildi. Bunlar da hamısı nəticə etibarı ilə Azərbaycan xalqının və dövlətinin uğurlu, parlaq gələcəyi, dinamik, sürətli, təhlükəsiz inkişafı ilə bağlı atılan addımlar, illərdir aparılan siyasətin tərkib hissəsidir. Odur ki, hər bir məsələdə və sahədə olduğu kimi, bu məsələdə də qarşıya qoyulmuş bütün hədəflərə çatılacaq və öz müsbət töhfələrini mütləq şəkildə vermiş olacaq.

Çünki Azərbaycan dövləti və ən əsası onun güclü Liderinin  iradəsi ortadadır”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bakı qəlbinizdə daim xoş xatirələrlə qalacaq” – PREZİDENT ZİYAFƏTDƏ ÇIXIŞ ETDİ – FOTO

Read Next

“Yarana biləcək problemlərin həllinə kömək göstərməyə çalışacağıq” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir