“Bu sonuncu şansdır” deyənləri ciddiyə almamalıyıq…” – SABİQ DEPUTAT

Başımızı nəticəsi 2015-ci ildə olduğu kimi 96 faiz dəqiqliklə bəlli olan olan seçki-seçki oyunu ilə qatırıq. O seçkilərin ki, 20 günü Yeni İl ovqatı ilə kölgədə qalacaq. Eyni səbəbdən yəqin ki, beynəlxalq müşahidəçilər də seçkini izləyə bilməyəcəklər. Bu hələ dərdin yarısıdır.

Bu günədək “ənənəvi müxalifət getməlidir”, “90-cı illərin siyasətçiləri meydandan çəkilib yolu yeni qüvvələrə verməlidir” deyənlər indi də imkan vermirlər ki, fundamental mövzulara köklənək, bəs sən demə bu seçkilərdə iştirak etməyənlər hökumətə işləyir, erməni işğalçılarının əlaltısıdır, bu sonuncu şans imiş və s. Demirdiniz getməlisiniz, yolu açmalısınız, yeni qüvvələr gəlməlidir, hesab edin getmişik də. Yol sizin, seçki sizin, hünər meydanı sizin.

Etikxeber.az xəbər verir ki, bunu sabiq millət vəkili, Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli deyib.

Kampaniyanızı aparın, söz verdiyiniz kimi seçiciləri fəallaşdırın, səslərinizi qoruyun, xalqı, yüz minləri ayağa qaldırın, hamı da bizim yox, sizin haqlı olduğunuzu görüb sizin arxanızca getsin. Bundan gözəl fürsət?! “Bu sonuncu şansdır” deyənləri də ciddiyə almamalıyıq…”-deyə, G. Hacıbəyli sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı – TƏSDİQLƏNDİ

Read Next

“Müsavat” da seçkilərə – QATILACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir