“Bu, təəssüfdoğurucu insidentdir” – GÜRCÜSTANIN BAŞ NAZİRİ

Gürcüstanın baş naziri Mamuka Baxtadze iki gün əvvəl Keşikçidağ kompleksi ərazisində baş verən hadisəyə münasibət bildirib.

Etikxeber.az-ın xəbərinı görə, Baş Nazir hökumətin bugünkü iclasından əvvəl keçirdiyi brifinqdə deyib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək.

Ölkə vətəndaşlarını komissiyanın və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə dəvət edən baş nazir deyib ki, müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırlar:

“İki gün bundan öncə təəssüfdoğurucu insident baş verib. Bu, hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiyanın və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”.

Etikxeber.az

Read Previous

Məmmədyarov gürcü deputatlarla görüşdə nə dedi? – FOTOLAR

Read Next

“Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin…” – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir