“Bu təyinat və bu fəaliyyət təqdirə layiqdir” – HADİ RƏCƏBLİ

Azərbaycanın birinci vitse-prezidenti kimi iki illik fəaliyyəti ilə bağlı həm Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, ona işlərində uğurlar arzulayır, həm də bu-son dərəcədə uğurlu və layiqli seçiminə, tarixi təyinatına görə ölkə prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımızı idafə edirik.

Bu haqda Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli qeyd edib ki, M. Əliyevanın istər 21 fevral 2017-ci il təyinatına qədərki, istərsə də birinci vitse-prezident təyin edilməsindən sonrakı fəaliyyəti hər cür alqışa və təqdirə layiqdir.

mehriban -musavire

MEHRIBAN DAIM

mehriban xanim-4

mehriban-islam-2

İLHAM-MEHRİBAN

mehriban xanim-preziodent

Komitə sədrinin bildirdiyinə görə, bu fəaliyyət başdan-ayağa insanpərvərliklə, yüksək humanizmlə yoğrulub, əhatələnib:

“Mehriban xanım hər zaman insanpərvərliyi, yüksək humanizmi, sadələyi, mehribanlığı, mərhəmətliliyi, şəfqətliliyi, insanlara böyük diqqət və qayğısı ilə seçilib. O, hər zaman qayğıya, diqqətə, köməyə, mənəvi və maddi yardıma ehtiyacı olan insanların yanında olub, onların ən böyük himayəçisinə çevrilib. Həmin insanlara bir ana, bir övlad, bir bacı şəfqəti göstərib, onların acılarına acıyıb, sevinclərinə sevinib və əlindən nə gəlibsə, edib, o insanları sevindirib, necə deyərlər, yenidən həyata qaytarıb.

hadi racabli-hadi

Həmçinin, Mehriban xanımın təşəbbüsü ilə parlament tərəfindən qəbul edilən və ölkə prezidenti tərəfindən imzalanan amnistiya aktları nəticəsində yüzlərlə, minlərlə insan, məhkum təkrar azadlğına, ailəsinə qovuşub, cəmiyyətə inteqrasiya olunub. Eyni zamanda, Mehriban xanımın mədəniyyətimizin, Azərbaycan idmanın inkişafına göstərdiyi diqqət və qayğı misilsizdir, təkrarsızdır, bənzərsizdir. Bu misalların sayını çoxaltmaq, bu barədə saatlarla deyil, günlərlə danışmaq olar. Amma atalar məsəlində deyildiyi kimi, görünən dağa nə bələdci?! Hər şey gün kimi ortada, göz qabağındadır. Odur ki, iki illik fəaliyyəti ilə bağlı həm Mehriban xanımı ürəkdən təbrik edir, ona işlərində uğurlar arzulayır, həm də bu-son dərəcədə uğurlu və layiqli seçiminə, tarixi təyinatına görə cənab prezidentə öz minnətdarlığımızı idafə edirik”.

Etikxeber.az

Read Previous

21 fevral təyinatı bir daha özünün doğruluğunu və düzgünlüyünü təsdiqlədi – DEPUTAT – RƏY(LƏR)

Read Next

Sumqayıtda avtobus qəzasında yaralananların sayı 42-yə çatdı – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir