“Bu terror aktını lənətləyirik…” – ƏLİYEV ƏRDOĞANA BAŞSAĞLIĞI VERDİ

Ölkə Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Etikxeber.az-ın məlumatına görə, başsağlında deyilir:

Hörmətli cənab Prezident,

Əziz qardaşım,

İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.

Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

Türkiyədə matəm elan olundu – FOTO

Read Next

Düşmən atəşkəs rejimini 33 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir