“Bu vəziyyətlə üzləşən tək mən deyiləm…”- AMAŞOV

“Mən «Kütləvi informasiya vasitələri haqqında» və «İctimai televiziya və radiо yayımı haqqında» Qanunlara təklif edilən dəyişikliklərlə bağlı fikrimi bildirmək istəyirəm.Dəyişikliklər bu qanunları «Reklam haqqında» Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Burada söhbət kütləvi informasiya vasitələrində sponsorluq məsələlərindən gedir. Bu məsələ son dərəcə önəmlidir. Bilirsiniz ki, prinsipcə medianın gəlirlərinin 80-85 faizini reklamdan gələn gəlirlər təşkil etməlidir. Bizdə bu rəqəmlər çox aşağıdır. Əminəm ki, dəyişikliklər mediada reklam bazarının genişləndirilməsinə xidmət edəcək”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, AMŞ sədri Əflatun Amaşov parlamentdə çıxışı zamanı deyib.

O, qeyd edib ki, qanunun 14-cü maddəsi üzrə təklif edilən dəyişiklikdə proqramlarda, verilişlərdə yayımlanan reklamın verilişin elementlərindən vizual və akustik şəkildə fərqlənməsi göstərilib:

“Mən bundan irəli gələrək bir məqamı qeyd etmək istərdim. Bəzən görürük ki, hansısa verilişin və ya filmin arasında reklam gedir. Ancaq həmin reklamın səs effektləri həddən artıq çox olur. Çox zaman televizorun səsisi almaq məcburiyyətində qalırıq. Yəqin ki, bu vəziyyətlə üzləşən tək mən deyiləm. Əslində eyni problem Türkiyə və Rusiya telekanallarını izləyərkən də yaranır.

Əlbəttə, hansısa üsulla reklama izləyicinin diqqəti cəlb edilməlidir. Amma bu əks effekt yaratmamalıdır. Səsin çoxluğu səbəbindən televizorun pultunu əlinə alan izləyici əsəbindən ya səsi tamamilə alır, ya da kanalı dəyişir. Nəticədə hətta faydalı reklam olsa belə diqqətdən kənarda qalır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlamentin xüsusi iclası olacaq…

Read Next

“Prezidentin ilk səfərini Xaçmazdan başlaması hər bir xaçmazlı üçün böyük fəxrdir” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir