“Bu vətəni, bu milləti heç kim parçalaya bilməz!” – DEPUTAT

Pəncəli Teymurov kimi öz toy günündə özünə Vətənimiz üçün şəhid ola bilməyi diləyən qəhrəman oğulların ruhunu sızladırdı Fəxrəddin Abbasov adlı vətən xaininin,satqınının əməlləri.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

GANİRA-MM

“İnanırıq ki layiq olduğu cəzayı alacaq və bu Vətənimizi bölmək,parçalamaq, zəiflətmək niyyətində olub xarici qüvvələrə çalışanlara,onların arxasında dayananlara da böyük bir dərs olacaq. Ziyalılarımızın bu mövqeyi də onlara ciddi bir dərs olacaq. Hər dəfə cənub bölgəmizə səfər edəndə insanlarımızda Vətənimizin bütövlüyünün qorunması,birliyimiz,Qarabağı azad etmək ruhunu,düşüncəsini görməkdən çox məmun oluram”-deyən, millət vəkili bildirib ki,  Fəxrəddin Abbasov kimi satqınlar heç zaman məqsədlərinə çata bilməyəcəklər:

“Bu Vətəni, bu Milləti heç kim parçalaya bilməz! Biz birlikdə güclü Azərbaycanıq!”

Etikxeber.az

Read Previous

Xoşbəxt o sənətkardır ki, həm xalq sevir, həm də dövlət – XALQ ARTİSTİ – FOTOLAR

Read Next

Hüseynqulu Sarabskinin 140 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir