“Bu vaksinlərdən hər biri effektli və təhlükəsizdir…”-ELDƏNİZ SƏLİMOV YAZDI

Bütün dünyada qlobal problemə çevrilən və pandemiya halına gəlmiş koronavirusun qarşısının alınması üçün ölkəmizdə ən son qabaqlayıcı tədbirlər görülməkdədir.

Son zamanlar əhalinin peyvəndləşdirilməsi üçün geniş tədbirlər həyata keçirilir.

Peyvənd olunmaq gələcəkdə virusun qarşısının alınmasında ən güclü vasitədir.

Peyvənd vasitəsilə bədənə antigenlər yeridilir ki, bu antigenlər də immun sistemini möhkəmləndirir.

Sonradan virus bədənə daxil olarsa bədən bunu normal şəkildə qarşılayır və bu böyük fəsadlara gətirib çıxarmır.

Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar  və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün canlı virusla müqayisədə heç bir zərəri yoxdur.

COVİD-19 xəstəliyini keçirmiş, bununla bağlı PCR analizi vermiş və nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş, sağalmış şəxslər “İmmunitet passportu” əldə edə bilərlər.

Araşdırmalar göstərir ki virusu keçirmiş şəxslərin bədənində 6 aydan sonra immunitet yenidən zəifləməyə başlayır ki, ona görə də bu sertifikatın müddəti 6 ay hesab olunur.

Bu sertifikatın vaxtı bitdiyi üçün artıq vətəndaşlar hər hansı vaksini vurdurmalıdırlar.

Hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq artırılır.

2021-ci il 2 iyul tarixindən öncə vaksin olunmuş şəxslər isə mütləq şəkildə ikinci dozanı da vurmalıdırlar.

Verilən “Peyvənd  sertifikasiyaları” müddətsizdir.

Məlum virusun zaman-zaman öz formasını dəyişməsi, mutasiyaya uğraması qaraşısının alınmasında çətinliklər yaratsa da, ÜST də daxil olmaqla dünyada bunun qarşısının alınması üçün tədbirlər həyata keçirilir.

Fərqli vaksinləri də vurmaq imkanı olacaq.

Belə ki, hər hansı növdən vaksinin 2 dozasını da vurmuş şəxs 6 aydan sonra digər növ vaksinin iki dozasını qəbul edə biləcək.

Belə ki, bu zaman vaksin sertifikatında son iki doza haqqında məlumatlar öz əksini tapacaq.

Həmçinin, xüsusi risk qrupuna daxil olan (tibb işçiləri, yaşı 60-dan yuxarı şəxslər və s.) şəxslərin 3-cü, qüvvətləndirici (buster) dozanı da vurdurması məqsədəuyğun hesab ediləndir.

Çünki məsələ təkcə bizim sağlamlığımız deyil, doğmalarımızın və ətrafdakı hər kəsin sağlamlığının  qorunmasında bir vətəndaş kimi dövlətimizə yardım etməliyik.

Azərbaycanda koronavirusla mübarizə, xüsusən də peyvəndolunma planlı şəkildə həyata keçirilir.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub.

Prezident İlham Əliyevin uzaqgörən strategiyası nəticəsində bu tədbirlər öz bəhrəsini görməkdədir.

Hazırda ölkəmizdə 4 növ peyvənd vardır ki, vətəndaşlar da öz istəkləri ilə vaksinlərdən hər hansı birini seçə bilərlər.

Bu vaksinlərdən hər biri effektli və təhlükəsizdir.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

   Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı ki, bütün bu tədbirlər, görülmüş planlı işlər Azərbaycan hökümətinin öz vətəndaşına nə qədər dəyər verdiyini bir daha göstərmiş oldu. Azərbaycan dövlətinin ən ümdə qayəsinin onun vətəndaşının sağlamlığı, həyat rifahı olduğu bir daha öz təsdiqini tapmış oldu. Bunlara misal olaraq yeni yaradılmış labaratoriyaları da göstərmək olar. Hazırda bu kimi labaratoriyaların sayı 20-dən çoxdur. Həmçinin yerli xəstəxanalar da ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Heç də təsadüfi deyil ki,ölkəmiz koronavirus xəstələrinin mütləq əksəriyyətinin tibbi müəssisələrdə müalicə almasına görə dünyada sayılıb seçilən yerlərdədir.

Read Previous

Evin-ailənin yeganə övladı…Baş leytenant…İki medallı və bir ordenli-İGİDİMİZ – ŞƏHİD HƏSƏNAĞA ABDULLAZADƏ… – FOTOLAR

Read Next

Prezident Xalq artisti, Şəhid atası Əli Nura 4 otaqlı-MƏNZİL HƏDİYYƏ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir