“Bu xəstəliyi 80 faiz yüngül keçirsə də, 20 faiz üçün xüsusi müalicə lazım olur, 5 faizi isə…”-NAZİR MÜAVİNİ

Artıq ölkə daxilində də koronavirus infeksiyası yayılır, ona görə də ciddi tədbirlərin görülməsi tələb olunur.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

V. Qasımov deyib ki, iri miqyası epidemiyanın qarşısının alınmasına heç bir ölkənin səhiyyəsi hazır deyil: “Bu xəstəliyi 80 faiz yüngül keçirsə də, 20 faiz üçün xüsusi müalicə lazım olur, 5 faizi isə süni nəfəs aparatına ehtiyac duyur. Xəstəliklə müalicədə ilk növbədə şəxsi gigiyenaya riayət edilməlidir”.

Nazir müavini nəzərə çatdırıb ki, 65 yaşından yuxarı səhiyyə işçiləri də fəaliyyətlərini davam etdirəcəklər.

Etikxeber.az

Read Previous

Azərbaycanda xüsusi karantin rejimi-ELAN EDİLDİ

Read Next

“Artıq ölkə daxilində də yoluxma halları var…”-İBRAHİM MƏMMƏDOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir