“Bu, yəqin ki, Novruz şənliklərindən birinin çəkilişində ermənilərin əlinə keçib” – MN

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan mətbuatında guya dünən təmas xəttində Azərbaycana məxsus pilotsuz uçuş aparatının ələ keçirilməsi barədə məlumatın və fotonun yayılmasına münasibət bildirib.

Etikxeber.az-ın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib ki, yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur.

Bu qurğu yəqin ki, Novruz bayramı şənliklərindən birinin çəkilişində, yaxud da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib.

Etikxeber.az

Read Previous

Ermənilər atəşkəs rejimini 97 dəfə pozdu

Read Next

Partlayışları törətməkdə şübhəli bilinən şəxs özünü öldürdü – ABŞ-DA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir