“Bu, yalandır” – CƏMİL HƏSƏNLİ – İKİ SİYASƏTÇİ ARASINDA “ÖPÜŞ” QALMAQALI

Natiq Cəfərli bəy İsmayıl Cəlilovla proqramda mənim aprel ayında onları kəskin tənqid edən çıxışımdan sonra hansısa resepşində guya Natiq Cəfərliyə yaxınlaşıb onu qucaqlayıb öpüşməyim barədə məlumat verib. Bu, yalandır. Mən nə həmin çıxışdan əvvəl, nə də ondan sonra Natiq bəylə salamlaşıram, qucaqlaşıb öpüşürəm.

Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Şuranın sədri Cəmil Həsənli öz “Facebook” statusunda yazıb.

C. Həsənli sonra yazıb:

“Məsələ belə oldu: Mən Əli bəylə bir masa arxasında dayanmışdım. Natiq bəy bizi görəndə yolunu dəyişib gəlib bizimlə əllə salamlaşdı. Amma heç nə olmamış kimi guya mənim gedib onu qucaqlayıb öpməyim barədə dedikləri kökündən yalandır və belə bir şey olmayıb. Brüssel səfəri ilə bağlı da Natiq bəyin dedikləri doğru deyil. Bu səfərdə məqsəd AB ilə bağlı saziş məsələsində hökumətin mövqeyin müdafiə etmək idi və təəssüf ki, REAL-çılar bu səfərlə bağlı ictimaiyyətə doğru məlumat verməmişdilər və guya AB-yi tərəfindən Brüsselə dəvət olunduqlarını bildirmişdilər.

Məlum olduğu kimi “Amerikanın səsi” AB-nin mətbuat katibi ilə müsahibə keçirdi və mətbuat katibi AB tərəfindən REAL partiyası nümayəndələrinin Brüsselə dəvət olunmadıqların bəyan etdi. Bax, buna görə başqasından üzr tələb etmək yox, ictimaiyyətdən üzr istəmək lazımdır.

Bəli, bir daha təkrar edirəm ki, bu səfərin arxasında hökumətin əli var idi və səfər hökumətin maraqlarına xidmət edirdi. Həmin səfərdən sonra REAL AB ilə sazişlə bağlı ADR hərəkatının hazırladığı milli maraqlara xidmət edən təkliflərin müzakirəsində iştirak etsə də, onu imzalamaqdan imtina etdi. Yəni, nə olur olsun, saziş imzalansın kimi hökumətin maraqlarına uyğun Brüssel danışıqlarında sərgilənən yanlış yanaşmaya bir daha sədaqət nümayiş etdirildi”.

Etikxeber.az

Read Previous

Avro-2020: Uels – Azərbaycan – 2:1 – YENİLƏNİB – (6)

Read Next

Azərbaycan-Slovakiya – 2:1 – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir