Bu yolda rənglənmə işləri aparılacaq…

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə sentyabrın 2-də axşam saat 22:00-dan səhər saatlarınadək paytaxtın Binəqədi rayonunun 20 Yanvar küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Etikxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edilir.

Etikxeber.az

Read Previous

“Fatimə” dini mağazalarında nə aşkarlandı? – DİNİ KOMİTƏ VƏ DİN BİRGƏ REY KEÇİRDİ

Read Next

“Qarabağ” Beqoviçlə anlaşdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir